Dövlət Dumasının Etika Komissiyası deputatlar Vasili Vlasovun (LDPR) və Vadim Belousovun (Ədalətli Rusiya - Həqiqət naminə) səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi üçün əsaslar tapıb.
Musavat.com xəbər verir ki, bu barədə "Azadlıq Radiosu"nun rus xidməti məlumat yayıb.
Deputat Belousov ötən il qiyabi olaraq rüşvət almaq ittihamı ilə ciddi rejimli koloniyada on il müddətinə azadlıqdan məhrum edilib. Deputatın harada olduğu məlum deyil. Belousov hər hansı təqsirini rədd edir.
28 yaşlı deputat Vlasova qarşı iddialar formal olaraq onun 40 gündür iclaslarda iştirak etməməsi ilə bağlıdır.
Vlasovun mandatdan məhrum edilməsi ilə bağlı hər hansı siyasi mənşəyə dair rəsmi məlumat yoxdur. Lakin onun Vaqner ÖHŞ və Yevgeni Priqojinin digər strukturları ilə sıx əməkdaşlıq etdiyi məlumdur.
Vaxtilə onun ofisində könüllülərin “Vaqner” qoşulması üçün qeydiyyat məntəqəsi açılıb. Priqojinin qiyamı günü, iyunun 24-də Vlasovun ofisində axtarışlar aparılıb.
Paylaş: