Xəbər lenti

Ermənistan bir səbəbdən Qərb üçün maraqlıdır: ölkəni bu və ya digər sahədə, yəni münaqişə və ya müharibə yolu ilə Rusiyaya qarşı illərlə istifadə etmək olar.

Axar.az xəbər verir ki, bunu erməni hərbi ekspert, ehtiyatda olan polkovnik Hayk Nahapetyan deyib.

“İndi isə faktiki olaraq Paşinyan Ermənistanı Qərbə təqdim edir və bizim ərazimizdən istifadə edə biləcəklərini deyir. Nikol Fransanı ölkəyə dəvət edir və deyir ki, gəlib audit aparmaqlarına icazə verilir. Yəni Parisə Ermənistan-Rusiya müştərək hava hücumundan müdafiə sisteminin yerləşdiyi, bir çox ciddi hərbi və dövlət sirri olan ərazilərimizə daxil olmağa icazə verilir.

O, İrəvan-Moskva birgə hava hücumundan müdafiə sisteminin Ermənistandan çox uzaq ərazilərə baxdığı və həmin ərazilərdə Ukrayna səmasında döyüşən rus təyyarələrinin də olduğu məlumatları götürməyə icazə verir. Fransa məhz bu məlumatları alıb NATO-ya ötürmək istəyir. Həmçinin, söhbət İran sərhədləri ilə bağlı kəşfiyyat məlumatlarının İsrail və ABŞ-a ötürülməsindən gedir. Paşinyan deyir ki, sizin üçün hər şeyi edə bilərəm, sadəcə olaraq hakimiyyətimi xilas edin”, - o bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 845          Tarix: 13-11-2023, 12:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma