Xəbər lenti
Dünən, 19:25

TBMM Türkiyə ordusunun Azərbaycanda qalma müddətini daha bir il uzadıb.

"Report" xəbər verir ki, müzakirələrin sonunda keçirilən səsvermədə təklif qəbul edilib.

Sənəddə Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı Üçtərəfli Bəyannamədə nəzərdə tutulan fəaliyyətlərin davam etdiyi vurğulanıb.

Bildirilib ki, Azərbaycana güclü dəstək verən Türkiyə bundan sonra da regionda sülhün və sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsinə mühüm töhfələr verəcək.




Ana səhifəyə qayıt        Baxış: 3 303          Tarix: 15-11-2023, 21:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma