Xəbər lenti
Dünən, 19:25

Ukrayna Prezidenti Volodimir Zelenski ordunun əks-hücum əməliyyatlarından narazılığını ifadə edib.

O bu barədə “Fox News”a müsahibəsində danışıb.

O, Ukrayna hərbçilərinin əks-hücum əməliyyatında qeyri-kafi nəticə göstərdiyini etiraf edib: “Silahlı Qüvvələrimiz güclü olmaqda çətinlik çəkir. Daha çox nailiyyətə ehtiyac var”.

“Bu, film deyil, hər gün sehr ola bilməz”, – o, qeyd edib.

Qeyd edək ki, ABŞ müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Oustin daha əvvəl Qərbin sehrli çubuğunun olmadığını söyləyib. Onun sözlərinə görə, hər şey Kiyevin Qərbin verdiyi silahlardan necə istifadə etməsindən asılıdır.




Ana səhifəyə qayıt        Baxış: 4 238          Tarix: 22-11-2023, 12:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma