Xəbər lenti

Fələstinin HƏMAS qruplaşması İsraillə bağladığı razılaşmalar çərçivəsində gündə 12 girovu azad edəcək.

“Hər axşam İsrail ertəsi gün azad ediləcək girovların siyahısını alacaq. Atəşkəsin ilk günlərində hər gün təxminən 12 oğurlanan şəxsin azad ediləcəyi gözlənilir”, - deyə bununla bağlı məlumatda bildirilib.

Döyüşçülər qadın və uşaqları Qırmızı Xaç Komitəsinə, daha sonra İsrail hərbçilərinə təhvil verəcəklər.

Qeyd edək ki, noyabrın 22-də İsrail hökuməti Qəzza zolağında saxlanılan girovların azad edilməsi üzrə HƏMAS-la razılaşmanı təsdiqləyib. Tərəflər dördgünlük atəşkəs elan edəcək və bu müddət ərzində silahlılar 50 qadın və uşağı azad edəcəklər. Qalan girovlara lazımi tibbi yardım göstərilməsi üçün Qırmızı Xaç Komitəsinin nümayəndələrinin onlarla görüşünə icazə veriləcək.

Öz növbəsində İsrail razılaşmalar çərçivəsində azad edilməsi planlaşdırılan 300 fələstinli məhbusun siyahısını dərc edib.

İsrailin HƏMAS yaraqlıları tərəfindən saxlanılan israillilərlə dəyişmək niyyətində olduğu fələstinli məhbusların noyabrın 23-dən azad edilməyəcəyini qeyd edib. Buna səbəb kimi hakimlərin bununla əlaqədar mümkün iddialara baxa bilməsi göstərilib.

Mənbə: Gazeta.ru




Ana səhifəyə qayıt        Baxış: 3 216          Tarix: 22-11-2023, 17:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma