“Lavrovun ATƏT-in nazirlər toplantısında iştirak etmək üçün Şimali Makedoniyaya mümkün səfəri Avropa sanksiyalarının pozulması olmaz”.
Modern.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət sözçüsü Peter Stano deyib.
Qeyd edək ki, Rusiya noyabrın 30-dan dekabrın 1-dək Şimali Makedoniyada keçiriləcək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasına dəvət olunub. Rusiya tərəfi toplantıya qatılacağını elan edib.
Şuranın toplantısı Skopye şəhərində baş tutacaq. İllik iclas ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin dəvəti ilə baş tutacaq.
Ötən il Polşa ATƏT-ə sədrlik edib, o, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dekabrın 1-2-də Lodzda keçiriləcək Nazirlər Şurasının iclasında iştirakına icazə verməkdən imtina etmişdi.
Paylaş: