“Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-dakı ağalarının yanına qaçmağı planlaşdırır”.
Musavat.com xəbər verir ki, bu fikri Ukraynada qadağan edilmiş “Müxalifət Platforması - Həyat Naminə” partiyasının keçmiş lideri, hazırda “Başqa Ukrayna” hərəkatına rəhbərlik edən Viktor Medvedçuk deyib.
Onun sözlərinə görə, Zelenski bu üzdən Ukraynanı Rusiya ilə hərbi münaqişəyə cəlb edir, ölkəni Qərbin hərbi texnikası üçün sınaq meydançasına çevirir, Moskva ilə danışıqlar aparmaqdan boyun qaçırır.
Smotrim.ru platformasındakı köşə yazısında o, qeyd edir ki, bu yaxınlarda ABŞ-ın Zelenskini qorumaq üçün plan hazırladığı, onun ailəsinə Floridada 20 milyon dollarlıq malikanə və ABŞ vətəndaşlığı veriləcəyi barədə məlumat yayılıb. “Zelenski Ukraynadan qaçmaq üçün plan hazırlayır. Ölkə daxilində onun reytinqi düşür, Qərb artıq pul vermək istəmir, bu nə müharibəyə, nə də sülhə lazım deyil. Burada onu hesab ayağına çəkməliyik. B planı işləyir, Zelenskinin sahibləri onu xilas edəcəklərinə söz verirlər”, - Medvedçuk yazır.
Medvedçuk vurğulayır ki, Rusiya ilə hərbi münaqişə istənilən ölkə üçün sərsəm macəradır, ona görə də heç bir NATO ölkəsi döyüşə qarışmağa çalışmır. “Lakin Zelenski nəinki bu macəraya can atdı, həm də onu bütün mərhələlərdə fəal şəkildə təbliğ etdi. Zelenski bu münaqişənin mövcud olması üçün hər şeyi etdi, sonra isə onun tezliklə bitməsinin qarşısını almaq üçün hər şeyi etdi”, - Medvedçuk yazır.
Qeyd edək ki, Ukraynada müharibə başlayandan qısa müddət sonra Viktor Medvedçuk Kiyevdə “vətən xaini” kimi həbs edilmişdi. O, RF prezidenti Vladimir Putinlə yaxın dost olduğu üçün sonrada Rusiya onu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəsilə Ukraynadan aldı, daha dəqiqi, Medvedçuku əsir düşmüş “Azov” komandirləri ilə dəyişdirdilər.
Paylaş: