Xəbər lenti
Dünən, 19:25


 

İraq ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın mandatının sona çatmasına hazırlıq üçün müvafiq komitə yaradacaq.

 

Ovqat.com-un məlumatına görə, İraqın baş nazir Məhəmməd Şiə əl-Sudaninin ofisindən verilən verilən açıqlamada bu barədə bildirilir. 

 

İraq hökumətinin bu qərarı almasının səbəbi son zamanlar ölkədə ABŞ hərbçiləri ilə şiə silahlıları arasında baş verən ərginliklə izah olunur.

 

İraqdan gələn xəbərlərə inansaq, İranın bu ölkədə dəstəklədiyi şiə təşkilatı Haşd əş-Şaabiyə bağlı qruplar vaxtaşırı Amerika bazalarına hücumlar həyata keçirirlər.

 

Bildirilir ki, oktyabrın 7-də İsrailin Qəzzaya hücumundan dekabrın sonuna qədər Suriya və İraqdakı Amerika bazalarına 103 hücum qeydə alınıb. Bu hücumlarda heç bir ABŞ əsgəri ölməsə də, xeyli yüngül yaralananlar   olub.

 

Ötən cümə axşamı paytaxt Bağdadda bu hücumlara cavabən ABŞ qüvvələri Həşd əş-Şaabiyə bağlı İraq Nuceba Hərəkatının lideri Əbu Təqva əl Səidini hədəf almışdı. Nuceba Hərəkatı yaydığı açıqlamada Əl Səidinin ölümü təsdiqlənmişdi. İraq ordusu ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Bağdadda İraqın təhlükəsizlik bölməsinə pilotsuz təyyarə ilə hücumunu pisləmiş və bunu "təhlükəli eskalasiya" adlandırmışdı.

 

İraq Baş nazirinin ABŞ əsgərlərinin İraqdan çıxarılması anlamına gələn son rəsmi açıqlamasının bu hadisələrdən sonra verilməsi təsadüfə bənzəmir. Belə görünür ki, ABŞ-ı Yaxın Şərqdə yeni sürprizlər gözləyir.

 

Bəs, İraq parlamenti bu qərarı dəstəkləyərsə, ABŞ ölkəni tərk edəcəkmi? Böyük ehtimalla, yox. ABŞ-ın bu ölkəni tərk etməsi həm neftlə zəngin Yaxın Şərqin ən strateji ölkəsini itirməsi və nəticə etibarilə İrandan Livana qədər uzanan “şiə hilalı” coğrafiyasının şimal qanadını Tehrana hədiyyə etmək anlamına gəlir. Bu isə həm də İsrailin təhlükəsizliyinə təhddid deməkdir.  

 

ABŞ-ın İraqı tərk etməsi həm də körfəz ölkələrində təhlükəsizlik çəmbərinin təhdid altına düşməsinə yol aça bilər. Nəticədə regionun bütün neft zəngini ölkələrində məzhəb müharibələri başlayar və dünya sənayesinin qan-damar sistemi sayılan “qara qızıl”ın qiyməti astronomik səviyyələrə yüksələr. Odur ki, ABŞ-ın koalisya müttəfiqləri sayılan Qərb dövlətlərinin də İraq hökumətinin bu qərarını təmkinlə qarşılaması ehtimalı yoxdur.

 




Ana səhifəyə qayıt        Baxış: 5 524          Tarix: 5-01-2024, 14:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma