Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyasından (AKP) İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədin hazırkı ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun olacağı iddia edilir.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Artıq Kurumun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən məlumatlandırıldığı da irəli sürülüb.
Qeyd edək ki, İstanbul da daxil olmaqla, AKP-MHP ittifaqının Türkiyənin 12 böyükşəhər və 16 il bələdiyyə başqanlığına namizədlərini Prezident Rəcəb Tayyib Ərdoğanın bu gün açıqlayacağı gözlənilir.
Əlavə edək ki, bu il martın 31-də Türkiyədə bələdiyyə seçkiləri baş tutacaq.
Xatırladaq ki, hazırda İstanbul bələdiyyəsinin sədri CHP-çi Əkrəm İmamoğludur.
Paylaş: