Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu hökumətə xaricdə yaşayan azərbaycanlıların problemləri ilə bağlı mühüm sənəd təqdim edib. 33 bənddən ibarət olan sənəddə xaricdə yaşayan soydaşlarımızın qarşılaşdıqları problemlərin həlli istiqamətində təkliflər yer alıb.
Fondun Katibliyinin təqdim etdiyi bu təkliflər aparılan müxtəlif araşdırmaların, diaspor rəhbərləri, ayrı-ayrı elm və iş adamları tərəfindən daxil olan çoxsaylı müraciətlər əsasında hazırlanıb.
Təkliflərdə xaricdəki diplomatik korpusların fəaliyyətinin daha səmərəli qurulması, dövlət-soydaş münasibətlərinin tənzimlənməsi, lobbiçilik fəaliyyətinin təşkili, alimlər, jurnalistlər və iş adamları arasında düzgün rabitənin qurulması, xaricdə yaşayan iş adamlarının Azərbaycana investisiya yatırmasının təşviqi üçün onlara əlverişli biznes mühitinin yaradılması, ölkəmizə gələn soydaşlarımızın qeydiyyat prosedurlarının sadələşdirilməsi yolları və digər aktual məsələlər yer alır.
DABF bu istiqamətdə ciddi araşdırmalar aparıb, sorğular həyata keçirib. Fond hesab edir ki, mövcud problemlərin həlli istiqamətində səylər dövlətin iştirakı ilə birgə aradan qaldırılmalı, ortaya çıxan həlli zəruri məsələlər məhz Azərbaycan dövlətinin iradəsi ilə həll olunmalıdır.
Təkliflər Prezident Adminstrasiyasına, Milli Məclisə və Nazirlər Kabinetinə təqdim olunub.
Təkliflərlə aşağıdakı linkə keçid etməklə tanış ola bilərisiniz.
Yeniçağ
Paylaş: