Xəbər lenti

Naxçıvanı yeni işğaldan azad edilmiş torpaqlarla birləşdirən Zəngəzur dəhlizinin yaradılması Ermənistan ərazisinin fəda edilməsi deməkdir. Ona görə də Bakının tələb etdiyi tamamilə istisnadır. Hazırda Cənubi Qafqazda sovet dövründə mövcud olan marşrutların yenidən açılmasından danışılır.

Axar.az xəbər verir ki, bu sözləri iranlı ekspert Həmid Xosrovşahi “Dünyayi İqtisad” qəzeti üçün yazdığı məqaləsində bildirib.

O qeyd edib ki, Cənubi Qafqazla bağlı hələ diqqətə alınmalı çox məsələ var:

“Qafqaz bir çox xarici oyunçunun oyun meydanıdır. Ermənistanın baş naziri daim Rusiyanı tərk edib, Qərbə getməyi düşünür. O, Rusiya qüvvələrindən İrəvan hava limanına (Zvartnots – red.) nəzarəti erməni qüvvələrinə qaytarmağı xahiş edib. Təbii ki, növbəti addım sərhəd nəzarəti tələbi olacaq. İndi Fransa Qərb adından fəal rol oynayır və hətta Ermənistana hərbi qüvvələr gətirməyi təklif edib. Əski düşməni Pakistanı Azərbaycanın yanında görən Hindistan isə Ermənistana ağır hərbi texnika satmağı planlaşdırır. Bu faktları nəzərə alaraq demək lazımdır ki, yaxın gələcəkdə Qafqaza sülh qayıtmayacaq”.

Qeyd edək ki, İranda hər hansı müstəqil ekspertdən söhbət gedə bilməz və bunu İran hakim komandasının üzvləri də etiraf edirlər. İran bir çox halda öz mövqeyini ekspertlərin dili ilə ifadə edir və yaxud gündəmdə saxlamağa çalışdığı mövzuları politoloq və iqtisadçılara “həvalə edir”.

Bu baxımdan Həmid Xosrovşahinin yaxın gələcəkdə Qafqazda sülhün olmayacağını bildirməsi təsadüfi deyil. Nəzərə alaq ki, Hindistanın göndərməyə hazırlaşdığı ağır hərbi texnika İran ərazisindən daşınır və İran Hindistandan başlayan və Ermənistandan keçən “cənub-şimal dəhlizi” kimi həddən artıq böyük xərc tələb edən, iqtisadi səmərəsi isə daha aşağı olan bir layihəni siyasi iddialarına və Azərbaycana qarşı mövqeyinə görə ortaya atıb.

Həmçinin Zəngəzur dəhlizinin açılmasına imkan verməməklə iqtisadi gəlirini siyasi iddialarına qurban verir.




Ana səhifəyə qayıt        Baxış: 4 177          Tarix: 17-03-2024, 16:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma