Xəbər lenti

"Biz hakimiyyət dəyişikliyinin olmasını təmin etmək üçün hər şeyə hazırıq".

Musavat.com xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan deyib.

O bildirib ki, arxiyepiskop Baqrat Qalstanyanın təqdim etdiyi namizədi dəstəkləməyə hazırdır:

"Görüşmək üçün dəvət almamışam, amma əvvəllər də görüşlər olub. Nə bu gün, nə dünən, nə də srağagün. Biz hərəkatı tam dəstəkləyirik", - deyə eks-prezident jurnalistlərə bildirib.

Sarkisyan qeyd edib ki, rəhbərlik etdiyi Respublika Partiyası hakimiyyətə can atmır, hakimiyyət dəyişikliyinə can atacaq.




Ana səhifəyə qayıt        Baxış: 2 932          Tarix: 22-05-2024, 19:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma