Xəbər lenti

Rusiya mübadilə çərçivəsində müxalif məhbus Vladimir Kara-Murzanı da azad edəcək.

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi adı açıqlanmayan avropalı məmura istinadən yazıb.

CNN həmçinin bildirir ki, məhbus mübadiləsi prosesi artıq başlayıb - sövdələşmənin miqyasına görə kanal bunu "tarixi mübadilə" adlandırıb, lakin mübadilə iştirakçılarının mümkün sayı barədə ətraflı məlumat verilmir.

"İhlas" agentliyi mübadilənin Türkiyənin vasitəçiliyi ilə Ankarada baş tutduğunu yazıb. Koordinasiyanı Milli Kəşfiyyat Təşkilatı (MİT) həyata keçirir. Proses Ankaradakı "Esenboğa" hava limanında davam edir.

CBS telekanalının məlumatına görə, Rusiya mübadilə çərçivəsində ən azı 12 siyasi məhbusu təhvil verə bilər. Telekanal iddia edir ki, məhbuslar Almaniyaya aparılacaq.

Məlumatda bildirilir ki, Rusiya kəşfiyyatı ilə əlaqəli şəxslər də daxil olmaqla 8 nəfər Rusiyaya qayıdacaq. Onların arasında Berlində keçmiş çeçen səhra komandiri Zelimxan Xanqoşvilinin qətlində təqsirli bilinən Vadim Krasikov da var.

“The İnsider”ə görə, Rusiya Qərb ölkələrinə aşağıdakı şəxsləri təhvil verəcək:

- Evan Gerşkoviç,


- Vladimir Kara-Murza,


- Liliya Çanışeva,


- İlya Yaşin,


- Kseniya Fadeeva,

- Andrey Pivovarov,


- Pol Uilan


-Alsu Kurmaşeva,


- Oleq Orlov,


- Saşa Skoçilenko,


- Diter Voronin,


- Kevin Lik


- Riko Krieger


- Patrik Şobel


- Herman Moyjes,


- Vadim Ostanin.


 


Və əvəzində Qərb ölkələri Rusiyaya təhvil verəcək:


- Vadim Krasikov (Almaniya)


- Artem Dultsev (Sloveniyadan),


- Anna Dultseva (Sloveniyadan),


- Mixail Mikuşin (Norveçdən),


- Pavel Rubtsov (Polşadan),


- Roman Seleznev (ABŞ-dan),


- Vladislav Klyuşin (ABŞ-dan),


- Vadim Konoşenko (ABŞ-dan).




Ana səhifəyə qayıt        Baxış: 4 428          Tarix: 1-08-2024, 23:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma