Xəbər lenti

Helsinkinin Moskva tərəfindən potensial təhdidlərlə bağlı narahatlıqları səbəbindən Finlandiya-Rusiya sərhədi yaxın perspektivdə hələ bağlı qalacaq.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Finlandiyanın Baş naziri Petteri Orpo jurnalistlərlə söhbətində bildirib.

Hökumət başçısının sözlərinə görə, təhdidlərin qiymətləndirilməsi dəyişməyib - Rusiyanın hərəkətləri dəyişmir. Onun sözlərinə görə, nəzarət-buraxılış məntəqələri açılarsa, Rusiya etibarlı səyahət sənədləri olmayan insanları sərhəddən buraxaraq Finlandiya üçün əlavə risklər yarada bilər.

"Məhz buna görə də sərhədi indi, hətta eksperimental qaydada belə açmaq mümkün deyil", - deyə baş nazir vurğulayıb.

Xatırladaq ki, 2023-cü ilin noyabrında Finlandiya hökuməti Rusiya ilə sərhəddə avtomobil keçid məntəqələrini bağlamaq qərarına gəlib. Rəsmi səbəb üçüncü ölkələrdən qaçqınların nəzarətsiz axını olub.




Ana səhifəyə qayıt        Baxış: 2 843          Tarix: Dünən, 14:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma