Xəbər lenti

 

Bakının Binəqədi rayonu Süleyman Sani Axundov 3 A ünvanında yaşayan binanın sakinləri yaşadıqları binanın həyətyani sahəsində yerləşən yaşıllığın bir neçə həftədir ki zəbt edildiyini deyirlər. Ovqat.com bildirir ki, sakinlərin sözlərinə görə, 30 ildən çoxdur ki həmin sahə boş bir ərazi olduğunudan orda ağaclar əkərək yaşıllıq zonası salıblar. İlərlədi ki,bu kiçik ərazini də istirahət yeri kimi istifadə edirlər. Amma indi bu istirahət zonasını hasara alırlar.

Sakinlər deyir ki, ərazi Aşıq Ulduz kimi tanınan müğənni Ulduz Quliyeva tərəfindən hasara alınaraq bağlanıbmış. Lakin onlar tikinti işçilərinə mane olaraq bu hasaralınmanın qarşısnı alıblar. İndi isə Ulduz Quliyeva bina sakinlərini məhkəməyə verib.

Məsələylə bağlı Ulduz Quliyevanın vəkili Tahir Əlirzayev bildirdi ki,həmin torpaq sahəsi qanuni olaraq müvəkkilinə məxsusdur. Bununla bağlı əllərində dövlət reyestr xidmətinin çıxarışı da var.

Tahir Əlirzayev həmçinin onu da dedi ki,sözügedən ərazidəki ağaclar kəsilməyəcək.Və aidiyyatı qurumlar tərəfindən razılıq əldə olunduqdan sonra bir hissəsi başqa bir əraziyə köçürüləcək. /xezerxeber.az/

Videonu izləmək üçün şəklə klikləyin:
Aşığın adı ərazi mübahisəsində hallanır




Ana səhifəyə qayıt        Baxış: 692          Tarix: 14-08-2017, 22:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma