Xəbər lenti

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Suriyadakı son hadisələrlə bağlı verdiyi sərt açıqlama ilə eyni vaxtda, İstanbulda keçirilən 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin (IDEF 2025) üçüncü günündə iştirak edib.

Musavat.com xəbər verir ki, nazir Maşınqayırma və Kimya Sənayesi (MKE) stendini ziyarət edərək yerli istehsal olunan silah və sursatlarla tanış olub.

Nazir Fidanın sərgi zamanı nümayiş etdirilən silah və sursatlara xüsusi maraq göstərməsi sosial mediada geniş müzakirələrə səbəb olub. Onun bu ziyarəti “silah mütəxəssisi kimi idi” və “bu hərəkət konkret ünvanlara mesajdır” kimi şərhlərlə qarşılanıb.

Askeri harekat mesajı veren Bakan Fidan'ın görüntüsü olay oldu

Ziyarətlə bağlı MKE-dən rəsmi açıqlama verilib:

“Stendimizi ziyarət edən Hakan Fidanı qəbul etməkdən şərəf duyduq. Sərgidə nümayiş etdirdiyimiz sursat və silahları yaxından araşdıran nazirə səfərinə görə təşəkkür edirik”.

Xatırladaq ki, nazir Fidan son açıqlamasında Suriyadakı gərgin vəziyyətlə bağlı xəbərdarlıq edərək, belə demişdi:

“Şiddətə, parçalanmaya və sabitliyi pozmağa əl atsanız, bunu milli təhlükəsizliyimizə birbaşa təhdid olaraq qəbul edib müdaxilə edəcəyik”.

Bu açıqlama və eyni zamanda sərgidəki hərbi texnika ziyarəti, Türkiyənin bölgədə baş verənlərə qarşı siyasi və hərbi cəhətdən ciddi hazırlıq içində olduğuna dair siqnal kimi qiymətləndirilir.




Ana səhifəyə qayıt        Baxış: 3 037          Tarix: Dünən, 12:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma