
Suriya keçmiş prezidenti Bəşər Əsədin hökuməti kütləvi məzarlardan cəsədləri gizlətmək məqsədilə bir əməliyyat həyata keçirib.
Musavat.com "Reuters"ə istinadən xəbər verir ki, həmin məzarlar Dəməşqin şimal-şərqindəki Əl-Qutayfa bölgəsində yerləşib və burada 2012-ci ildən etibarən hərbi münaqişə zamanı öldürülən əsgərlər və həbsxanalarda ölmüş məhbusların cəsədləri basdırılıb.
Agentlik yazır ki, cəsədlər Dumayr səhrasına daşınıb və bu əməliyyat 2019-2021-ci illər arasında həyata keçirilib. Təhlükəsiz yerdə olan ən azı 34 ədəd uzunluğu 20-125 metr arasında olan xəndəkdən cəsədlər çıxarılıb və daşınıb.
Təxminən hər həftə 8 yük maşını cəsədləri daşıyırdı və bu əməliyyat satellitlər tərəfindən aşkar edilib. Həmçinin, keçmiş bir Rusiya Qvardiyası zabiti bildirib ki, bu ideya 2018-ci ildən yaranıb, çünki Bəşər Əsədin dünyadakı imicini bərpa etmək üçün məhz bu yola əl atılıb.
Paylaş: