Xəbər lenti

 

“iPhone 7” və “7 Plus” 2017-ci ilin ikinci rübündə dünyanın ən populyar smartfonu olub.

Bu barədə “Strategy Analytics”in apardığı tədqiqatın nəticələrində bildirilir.

Ekspertlər hesab edirlər ki, aprel ayından iyula qədər 16,9 milyon “iPhone 7” və 15,1 milyon “7 Plus” smartfonu satışa çıxarılıb. Qeyd edilir ki, “iPhone 7” “Apple” smartfonları arasında ən populyardır.

“iPhone”dan sonra “Samsung Galaxy S8” və “S8+“” smartfonları gəlir - müvafiq olaraq 10,2 milyon və 9 milyon tirajla. 

İlk beşliyi isə 5,5 milyon göstərici ilə “Xiaomi Redmi 4A” bağlayır./Oxu.az/




Ana səhifəyə qayıt        Baxış: 1 063          Tarix: 17-08-2017, 21:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma