Xəbər lenti

Artıq 4 gündür ki, paytaxtın bir sıra metrostansiyalarının yaxınlığında məktəbli ləvazimatlarının yarmarkaları fəaliyyət göstərir.

Ovqat.com-un məlumatına görə, yarmarkaların təşkil edilməsində məsəd alıcılara məhsulların daha aşağı qiymətə təklif edilməsidir. Biz də bunu araşdırmaq qərarına gəldik. Elə başlayaq əsas ləvazimatlardan biri olan dəftərdən. 12 vərəqli dəftərlərin sadə üzlüklü olanı yarmarkada ucuz olsa da, bəzəkli və rəngli olanlar üçün bunu demək mümkün deyil.

48 vərəqli dəftər yarmarkada ucuz olsa da, 100 vərəqlilər adi mağazalarda daha ucuzdur.

Sadə qələmlər məktəbli yarmarkasında ucuzdur, amma müassir olanları mağazalardan daha bahadır.

Məsələn, yarmarkalarda pozanın qiyməti 20 qəpiklə 1 manat arasında dəyişdiyi halda, mağazalarda maksimum 60 qəpiyə satılır. Qiymət fərqi özünü ölçüsünə uyğun olaraq sulu boya, plastilin, rəngli qələm və rəsm dəftərlərində də göstərir.

Buna baxmayaraq fırçaların, qayçıların, dəftər cildlərinin, qələm qablarının, termuzların qiyməti yarmarkalarda daha ucuzdur. Çantaların qiyməti isə hər iki satış məntəqələrində ölçüsündən asılı olaraq 8 manatdan başlayır.

Mağazada çalışan satıcıların sözlərinə görə, satışda saxta məktəbli ləvazimatları var. Orjinal malın harda satılmasından asılı olmayaraq, dəyərindən ucuz satılması real deyil.

Qeyd edək ki, yarmarkalar Bakı şəhər İcra Hakimiyyətinin Ticarət Departamənti tərəfindən təşkil olunub. Məsələ ilə bağlı departamentin sözçüsü Əliabbas Bağırovla əlaqə saxladıq. Onun sözlərinə görə, yarmarkada satılan məktəb ləvazimatlarının qiyməti istehsal olunduğu ölkədən asılı olaraq fərqli ola bilər. Lakin yarmarkanın fəaliyyətə başlamasının əsas məqsədi məhsulların bazar qiymətindən daha aşağı təklif olunmasıdır. Elə ona görə də bəzi məhsulların mağazalardan daha baha olması məsələsi departament tərəfindən ciddi araşdırılacaq. Görünən odur ki, yarmarkalarda qiymətlərə nəzarət edilməsi şərtdir. Yarmarkalar sentyabrın ayın 25-dək fəaliyyət göstərəcək və saylarının artırılması da gözlənilir./Xezerxeber.az/

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:




Ana səhifəyə qayıt        Baxış: 1 632          Tarix: 21-08-2017, 22:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma