Xəbər lenti
 
İstirahət sahələrində parkinq yerləri, yanacaqdoldurma məntəqəsi, kafe, istirahət üçün yerlər, tualet, market və sair iaşə obyektləri yerləşəcək

Azərbaycanda ilk dəfə olaraq magistral yolun kənarında xüsusi istirahət sahələri yaradılır. Bu layihə yeni inşa edilən Ələt-Astara avtomobil yolunda gerçəkləşdirilir.

Ovqat.com" bu barədə “Azəravtoyol” ASC-yə istinadən xəbər verir: “Bu addımın atılmasında məqsəd yolun yeni tras üzrə inşa edilməsi, kənarlarının bağlı olması və yaşayış məntəqələrindən demək olar keçməməsidir”.
Layihə üzrə müəyyən məsafələrdən bir bu cür istirahət sahələrinin yaradılması nəzərdə tutulub. Artıq bununla bağlı olaraq yeni yol boyunca xüsusi ərazilər ayrılıb və məlumatverici lövhələr də quraşdırılıb. İstirahət sahələrində parkinq yerləri, yanacaqdoldurma məntəqəsi, kafe, istirahət üçün yerlər, tualet, market və sair iaşə obyektləri yerləşəcək.




Ana səhifəyə qayıt        Baxış: 823          Tarix: 31-08-2017, 19:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma