Xəbər lenti

 

Şirvan şəhər Polis Şöbəsinin saxlanma yerində intihar hadisəsi baş verib.

Ovqat.com APA-ya istinadən xəbər verir ki, bir gün əvvəl həmyerlisini bıçaqladığı üçün saxlanılan Şirvan sakini, 1989-cu il təvəllüdlü Həmidov Vüqar Məhərrəm oğlu saxlanma yerində özünə qəsd edib.

İntiharın hansı şəraitdə baş verdiyi və səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. 
Qeyd edək ki, Vüqar Həmidov münaqişə zəminində həmyerlisi, 1968-ci il təvəllüdlü Məmmədov Musa Hüseynağa oğlunu bıçaqlayıb. M. Məmmədov Şirvan şəhər xəstəxanasına yerləşdirilərək əməliyyat olunub. Münaqişəyə səbəb M.Məmmədovla V.Həmidovun qardaşı, 1985-ci il təvəllüdlü Həmidov İlqar Məhərrəm oğlu arasında baş verən əlbəyaxa dava zamanı onu dəmir linglə vurması olub.
Sonuncu da xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.




Ana səhifəyə qayıt        Baxış: 749          Tarix: 7-09-2017, 19:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma