Xəbər lenti

 

1676-cı ildə İtaliyanın Siciliya adasında yerləşən Palma Di Monteçiaro monastrında işləyən rahibənin yazdığı məktubun sirri 342 il sonra gün üzünə çıxıb.

Rahibənin şeytanın ona zorla yazdırdığını dediyi məktubunun sirri “Dark Web” (Qaranlıq Veb) adlı proqram vasitəsilə çözülüb.

Şifrəli məktubu oxuyan italiyalı kompüter proqramçıları məktubda “Tanrını insan yaratdı. İsa və müqəddəs ruh ölü ağırlıq. Tanrı ölümlüləri azad buraxa biləcəyini zənn edir. Bu sistem heç kim üçün yaxşı işləmir. Bəlkə də indi Stiks (yunan mifologiyasında cəhənnəm çayı) mövcuddur” yazısının olduğunu deyib.

Siciliyada yerləşən Katanya şəhərindəki Ludum elm mərkəzinin müdiri Daniel Abate “Dark Web” proqramından istifadə edərək şifrəni necə qırdıqlarını izah edib:

“Bu proqramın kəşfiyyat xidmətləri tərəfindən şifrə qırmaq üçün istifadə edildiyini öyrəndik. Proqrama qədim yunan, ərəb, latın və runik əlifbalarını yerləşdirdik. Bununla da məktub proqram tərəfindən oxundu”.

Elm adamları dil bilgisi geniş olan Rahibə Mariyanın bildiyi dillərin fərqli özəlliklərini istifadə etməklə özünəməxsus bir dillə məktubu yazdığını bildiriblər. Məktubda anlaşılmaz qisimlərin olduğunu isə rahibənin psixoloji çatışmazlıqları ilə əlaqələndiriblər./Publika.az/




Ana səhifəyə qayıt        Baxış: 692          Tarix: 9-09-2017, 22:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma