Xəbər lenti

 

Paytaxtda gecə saatlarında aptekdən oğurluq edilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 80 ünvanındakı aptekin sahibi, Türkiyə vətəndaşı Yazar Levent Servet oğlu polisə müraciət edərək bildirib ki, naməlum şəxs və ya şəxslər gecə saatlarında qapını sındırmaq yolu ilə oradan 300 manat götürüb.

Həmin şəxslər aptekin siyirməsindən obyektin qarşısındakı “Seat İbiza” markalı avtomobilin açarını götürərək maşını da qaçırıblar.

Faktla bağlı araşdırmalar aparılır.




Ana səhifəyə qayıt        Baxış: 516          Tarix: 10-09-2017, 23:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma