Xəbər lenti

 

Otaq bitkiləri təkcə havanı təmizləmir. Onlar eyni zamanda insanın əhvalına da təsir edir.

Axşam.az xarici KİV-ə istinadən iş otağınıza qoymalı olduğunuz və əhvalınızı yüksəldəcək bitkiləri təqdim edir:

Lavanda – çox gözəl antidepressantdır. Əsəblərə kömək edir, baş ağrılarını azaldır. Araşdırmalar sübut edib ki, lavanda qoxusu stresi azaldır, əhvalı yüksəldir. 

Fizalis – bu çiçək bir görünüşü ilə əhvalı yüksəldir. Eyni zamanda yuxusuzluğu aradan qaldırır, depressiyadan sağaldır. 

Gerani – ürəyə sakitlik verir. Bu çiçək hamilə qadınlar üçün xeyirlidir. O, doğuş zazmanı həyəcanı azaldır. Stressi aradan qaldırır. 

Nanə gülünün qoxusu əhvalı yüksəldir, yorğunluğu aradan qaldırır. Eyni zamanda yaddaşı gücləndirir. 



Aloe - Bu gül hər bir ofisdə mütləq olmalıdır. Qədim misirlilər iddia edirlər ki, o, şər qüvvələri uzaqlaşdırır. Yorğunluğu götürür, stresi azaldır. Eyni zamanda sizi şüadan, halsızlıqdan qoruyur.




Ana səhifəyə qayıt        Baxış: 864          Tarix: 11-09-2017, 21:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma