Statistika Komitəsi vətəndaşlarımızın alış-veriş etməsi ilə bağlı maraqlı rəqəmlər açılayıb. Belə ki, insanların əllərinə pul düşən kimi nəyə xərclədikləri araşdırılıb. Biz də insanlar arasında sorğu keçirmişik. Görəsən fikirlər üst-üstə düşürmü?
Əhali bu il yeməyə 11 milyard xərcləyib. Dövlət Statistika Komitəsinin məlumata görə, insanların il ərzində xərclədikləri vəsaitin 45,7%-ni ərzaq məhsulları tutub.
İkinci pillədə alış-veriş dayanır. İstehlakçılar il ərzində əllərindəki pulun 18 faizini geyimə xərcləyib. "Gözəllik ondur doqquzu dondur" deyən qadınlar isə vaxt tapan kimi gözəllik salonlarına üz tuturlar.
Statistikaya görə 3-cü yerdə 17,9 faizlə qeyri ərzaq məhsulları qərarlaşıb.
Məişət əşyalarına da pul xərcləyənlər az deyil. Belə ki, 6,3 faizlə 4cü pillədə məişət əşyaları dayanır.
Avtomobil yanacağına, dərmana, kompüterə ümumilikdə 7,2 faiz pul xərclənilib. Məlumata görə bir nəfər orta hesabla ticarətə 280 manata yaxın pul sərf edib. Bu isə istehlak həcminin ötən ilə nisbətən 40 manata yaxın artdığını göstərir. Bazar və yarmarkalarda satış ən çox fərdi sahibkarlar tərəfindən həyata keçirilib.
Paylaş: