Xəbər lenti

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,9%, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,1%, qeyri-ərzaq məhsullarının qiymətləri 12,4%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,4% artıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Cari ilin iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətləri 1,0%, o cümlədən ərzaq məhsulları 2,5% ucuzlaşıb, qeyri-ərzaq məhsulları və əhaliyə göstərilən ödənişli xidmətləri isə 0,1% bahalaşıb.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında isə istehlak məhsulları və xidmətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,8% bahalaşıb. O cümlədən, ərzaq məhsullarının qiymətləri 18,2%, qeyri-ərzaq məhsullarının qiymətləri 12,5%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,1% artıb. May ayında aprel ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətlərində 0,2%, o cümlədən qeyri-ərzaq məhsullarının qiymətləri 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 2,1% artım, ərzaq məhsullarının qiymətlərində isə 1,3% azalma qeydə alınıb.




Ana səhifəyə qayıt        Baxış: 1 204          Tarix: 13-07-2017, 16:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma