Ağızdan gələn pis qoxunu xalq təbabətinun təklif etdiyi türkəçarə ilə asanca aradan qaldırmaq olar.
Ovqat.com anaveusaq.az-a istinadən bildirir ki, bu vasitələr aşağıdakılardır:
1) Çoxlu çiy alma yemək.
2) Təzə şüyüd cövhəri ilə ağızı yaxalamaq.
3) Cəfəri ağızdan pis iyi götürür, həmçinin ağız boşluğuna bakterisid təsiri göstərir; o damaqlarda və ağızın selikli təbəqəsində iltihabi proseslər olduqda faydalıdır.
4) Sarımsaq və soğanın iyini portağal, 2-3 ədəd qoz və ya bir piyalə tünd çay ilə yox etmək olar.
5) Palıd qabığı. Bir yemək qaşığı xırdalanmış palıd qabığı üzərinə bir stəkan qaynar su tökülür, su hamamı üzərində 30 dəqiqə qaynadılır, 1 saat saxlanılır. Ağızdan pis iy gəldikdə bu həlim ilə gündə bir neçə dəfə (yeməkdən sonra, evdən çıxdıqda və s.) ağız yaxalanır.
Paylaş: