Xəbər lenti

 

2015-ci ilin avqustundan bəri "Twitter" sosial şəbəkəsi İŞİD terror təşkilatına məxsus 935,9 min səhifəni bloklayıb.

Ovqat.com lent.az-a istinadən bildirir ki, səhifələrdən təkcə 300 mini cari ilin ilk yarısında bağlanıb.

"Twitter" administrasiyasının rəsmi məlumatında deyilir ki, 2017-ci ildə İŞİD-in bloklanmış səhifələrinin 75 faizi orada terror xarakterli informasiyaların yerləşdirilməsindən əvvəl açılıb. Terror məzmunlu səhifəsinin 95 faizindən çoxu daxili proqramlar və spam nəzarəti alətləri vasitəsilə aşkar edilib.

Xatırladaq ki, 2017-ci ildə "Microsoft", "YouTube", "Facebook" və "Twitter" kimi internet nəhəngləri Qlobal İnternet Forumunun yaradılması ilə bağlı razılığa gəliblər. Bu forumun əsas məqsədi internet şəbəkəsində terrorizmə qarşı çıxmaq və onunla mübarizədə texniki metodların müasirləşdirilməsidir.




Ana səhifəyə qayıt        Baxış: 897          Tarix: 21-09-2017, 19:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma