“İslam dövləti” terror qruplaşmasının yaraqlılarının sayı 12-20 min arasında dəyişir.
Bu barədə BMT Təhlükəsizlik Şurasının hesabatında bildirilir.
Qeyd olunur ki, son 16 ayda terrorçuların sayı əhəmiyyətli dərəcədə azalıb.
“Digər regionlardan İraq və Suriyaya terrorçuların axını azalıb, lakin döyüşlərdə iştirak edən ekstremistlərin öz ölkələrinə qayıtması beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradır”, - hesabatda deyilir.
Materialda İŞİD-in internet və sosial şəbəkə vasitəsi ilə təbliğat aparmasına da geniş yer verilib.
“İŞİD-in maliyyə vəziyyəti hazırda kritikdir. Təşkilat iki əsas mənbədən maliyyələşir - karbohidrogenlər və vergilər/oğurluq”, - hesabatda qeyd edilib.
BMT-də hesab edirlər ki, hazırda İŞİD bir aya onlarla milyon dollar pul qazanır, lakin bu vəsait getdikcə azalır.
BMT-nin Təhlükəsizlik Şurası İŞİD-in Suriya və İraqda məğlub olmasından sonra, terrorçuların dünyanın müxtəlif yerlərində insan qaçaqmalçılığı ilə məşğul olacağını proqnozlaşdırır.(oxu.az)
Paylaş: