Xəbər lenti

 

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bu gün 11 növ üzrə mübarizə gedəcək.

Ovqat.com goal.az-a istinadən xəbər verir ki, atıcılıq, üzgüçülük, su polosu və ağırlıqqaldırma üzrə son medallar sahiblərini tapacağı halda, güləş və stolüstü tennis yarışları start götürəcək. Boks və qadın voleybolçuların mübarizəsində finalçılar müəyyənləşəcək. Azərbaycanın 7 boksçusu yarımfinal döyüşlərinə çıxacaq. Voleybolda isə rəqib Tacikistan yığması olacaq. Su polosunda Azərbaycan - Səudiyyə Ərəbistanı matçının qalibi bürünc medala sahib olacaq.

Atletika / para-atletika və taekvondoda da Azərbaycanın aktivinə növbəti medalların yazılacağı gözlənilir.

Atletika

Kişilər 200m: Arif Abbasov, Yevgeni Kasilov

Kişilər 110m sədlərlə qaçış: Final. Rahib Məmmədov

Kişilər Üç təkanla tullanma: Final. Aleksis Kopello, Nazim Babayev

Kişilər 100m T12 (para-atletika): Elmir Cəbrayılov, Teymur Qasımov

Kişilər Lövhə atma F56 (para-atletika): Oloxan Musayev

Kişilər Lövhə atma F57 (para-atletika): Final. Samir Nəbiyev

Qadınlar 200m: Nazan Azməmmədli, Zəkiyyə Həsənova

Qadınlar Nüvə itələmə: Final. Hanna Skidan

Qadınlar Şüvüllə tullanma: Final. Yelena Qladkova

Bakı Olimpiya Stadionu

Boks

56 kq. Tayfur Əliyev - Abdulxay Şaraxmatov (Özbəkistan)

60 kq. Cavid Çələbiyev - Sultan Zaurbek (Qazaxıstan)

69 kq. Tamerlan Abdullayev - İlya Oçkin (Qazaxıstan)

75 kq. Kamran Şahsuvarlı - Yunnes Qarrumi (Mərakeş)

81 kq. Rauf Rəhimov - Abdelrahman Abdelqavvad (Misir)

91 kq. Teymur Məmmədov - Ala Eldin Qussun (Suriya)

+91 kq. Məhəmmədrəsul Məcidov - Husseyn Yaşayş (İordaniya)

Bakı Kristal Zalı-2

Atıcılıq

Qarışıq komanda halında 10 metr pnevmatik tapança ilə atəş: Final. Nigar Nəsirova, Ruslan Lunyov, Zərifə Qasımova, Rəsul Məmmədov,

Qarışıq komanda halında dairəvi stend: Emin Cəfərov, Nurlana Cəfərova, Niyaz Ağazadə, Rigina Mehtahəddinova

Bakı Atıcılıq Mərkəzi

Üzgüçülük

Kişilər

50 metr batterflyay (Delfin): Təsnifat mərhələsi. Boris Kirillov, Yevgeni Lazuka

4 X 100 metr kompleks estafet: Mərakeş, Qətər, Pakistan, AZƏRBAYCAN, Əlcəzair, İndoneziya, İran, Türkiyə

Qadınlar

400 metr sərbəst: Final. Fatimə Alkərəmova

100 metr batterflyay (Delfin): Alsu Bayramova, İlahə Rəciyeva

4 X 100m kompleks estafet: Əlcəzair, Türkiyə, AZƏRBAYCAN, İndoneziya, Pakistan

Bakı Su İdmanı Mərkəzi

Stolüstü tennis

Kişilər

Fərdi

1/16 final

Yu Xinhanq - Salah Aldin Albaluşi (BƏƏ)

Qadınlar

1/8 final

Miao Vanq - Ahd Menavi (Fələstin)

"Sərhədçi" Olimpiya İdman Mərkəzi

Taekvondo

Kişilər

68 kq

1/4 final. Ayxan Tağızadə - Nurmırat Berkeliyev (Türkmənistan) / Rohullah Nikpa (Əfqanıstan) cütünün qalibi

80 kq

1/4 final. Milad Beigi Harçeqani - İjaz Ahmad (Pakistan) / Majed Almabruk (Səudiyyə Ərəbistanı)

+87 kq

1/4 final. Radik İsayev - Şah Adil (Pakistan)

Qadınlar

67 kq

1/4 final. Fəridə Əzizova - Parisa Javadikuşaksaray (İran)

Bakı İdman Sarayı

Voleybol

Kişilər

A qrupu

10:00. Pakistan - Fələstin

12:30. Azərbaycan - Türkmənistan

Xal durumu: Azərbaycan - 8 xal (3 oyuna), Türkiyə - 6 (3), Türkmənistan - 3 (2), Pakistan - 1 (2), Fələstin - 0 (2)

Qadınlar

Yarımfinal

17:00. Azərbaycan - Tacikistan

19:30. Türkiyə - Qırğızıstan

Bakı Kristal Zalı-1

Su polosu

16:30. İran - Türkiyə

18:00. Azərbaycan - Səudiyyə Ərəbistanı

Xal durumu: Türkiyə - 9, İran - 9, Səudiyyə Ərəbistanı - 3, Azərbaycan - 3, İndoneziya - 0.

Su Polosu Arenası

Ağırlıqqaldırma

Kişilər

+105 kq: Azər Məmmədli

Qadınlar

90 kq: Fidan Əbdürəhmanova

Ağır Atletika Arenası

Yunan-Roma güləşi

1/4 final

59 kq. Murad Məmmədov - Mohammad Nurbaxş (İran)

71 kq. Rəsul Çunayev - Akrem Bucemlin (Əlcəzair)

80 kq. Rafiq Hüseynov - Atabek Azisbekov (Qırğızıstan)

98 kq. Orxan Nuriyev - Tayab Raza (Pakistan)

Heydər Əliyev adına Arena




Ana səhifəyə qayıt        Baxış: 1 059          Tarix: 17-05-2017, 11:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma