Xəbər lenti

 

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində cüdo üzrə Qran Pri davam edir. 

“Ovqat.com” xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Rüstəm Orucov bütün rəqiblərinə qalib gələrək beynəlxalq yarışın qalibi olub.

İdmançımız Zaqrebdə Xorvatiya, İtaliya, Yaponiya, Braziliya və İsveç təmsilçilərini məğlub edib. Xorvatiya Qran-Prisinin qalibi olan cüdoçumuza yarışın qızıl medalı təqdim olunub və onun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.

Qeyd edək ki, Zaqrebdə keçirilən turnirdə 47 ölkədən 249 cüdoçu mübarizə aparır.\\Qafqazinfo




Ana səhifəyə qayıt        Baxış: 990          Tarix: 30-09-2017, 22:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma