Bu gün futbol üzrə Çempionlar Liqasının III turu çərçivəsində növbəti matçlar keçiriləcək.
“Report” xəbər verir ki, ikinci oyun günündə A, B, C və D qruplarında yer alan kollektivlər üz-üzə gələcək.
A qrupunun lideri “Mançester Yunayted” son sırada qərarlaşmış “Benfika”nı qəbul edəcək. MOİK-lə “Bazel” Moskvada görüşəcəklər. B qrupunda “Bavariya” “Seltik”i qəbul edəcəyi halda, PSJ “Anderlext”in qonağı olacaq.
C qrupunda “Qarabağ” “Atletiko”nu qonaq edəcək. Lider “Çelsi” isə “Roma”nı sınağa çəkəcək. D qrupunda isə "Yuventus" - "Sportinq" və "Barselona" - "Olimpiakos" duelləri olacaq.
Çempionlar Liqası, Qrup mərhələsi, III tur
18 oktyabr
A qrupu
22:45. MOİK (Rusiya) - "Bazel" (İsveçrə)
22:45. "Benfika" (Portuqaliya) - "Mançester Yunayted" (İngiltərə)
Xal durumu: "Mançester Yunayted" - 6, "Bazel", MOİK - 3, "Benfika" - 0.
B qrupu
22:45. "Bavariya" (Almaniya) - "Seltik" (Şotlandiya)
22:45. "Anderlext" (Belçika) - PSJ (Fransa)
Xal durumu: PSJ – 6, “Bavariya”, “Seltik” – 3, “Anderlext” – 0.
C qrupu
22:45. "Çelsi" (İngiltərə) - "Roma" (İtaliya)
20:00. "Qarabağ" (Azərbaycan) - "Atletiko" (İspaniya)
Xal durumu: “Çelsi” – 6, “Roma” – 4, “Atletiko” – 1, “Qarabağ” – 0.
D qrupu
22:45. "Yuventus" (İtaliya) - "Sportinq" (Portuqaliya)
22:45. "Barselona" (İspaniya) - "Olimpiakos" (Yunanıstan)
Xal durumu: “Barselona” – 6, “Sportinq”, “Yuventus” – 3, “Olimpiakos” – 0.
Paylaş: