Fransa Liqasının 12-ci turunda keçirilən "Sent Etiyen" - "Lion" qarşılaşması qonaqların 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Ovqat.com goal.az-a istinadən xəbər verir ki, oyunun 84-cü dəqiqəsində ortaya çıxan intizamsızlıq səbəbindən matçda 40 dəqiqə fasilə yaranıb. İnsident "Lion"un futbolçusu Nabil Fekirin qolunu Messi tərzində qeyd etməsi ilə başlayıb. O, formasını çıxararaq "Sent Etiyen" azarkeşləri oturan tribunaya tərəf çevirib. Bu hərəkət fanatların xoşuna gəlməyib və onlar meydana qaçıblar. Baş hakim Kleman Turpen oyunu qaldığı yerdən davam etdirəndə tribunalara, demək olar ki, boş olub. buna baxmayaraq Nabil Fekir, hər ehtimala qarşı əvəzlənib.
"Bəli, etdiyim jestin onlara xoş gəlmədiyini başa düşürəm. Amma mən sadəcə qol sevincimi bölüşürdüm. Burda gizli motiv və ya qəzəb elementi yox idi. Buna görə üzr istəməyəcəm. Mən heç bir şeyə görə peşman deyiləm" - Fekir oyundan sonra deyib.
Paylaş: