Xəbər lenti

 Rusiyanın "Lokomotiv" və "Ural" futbolçuları ölkə Kubokunun final oyununun bitməsinə az qalmış stadionda dava salıblar.

Report xəbər verir ki, matçın 93-cü dəqiqəsində "Ural"ın cərimə meydançası yaxınlığında Yekaterinburq komandasının müdafiəçisi Artyom Fidler və "Lokomotiv"in braziliyalı hücumçusu Ari arasında mübahisə yaranıb. Daha sonra digər oyunçular da onlara qoşulub.

Son dəqiqələrdə hakim Ari Farfan və Fernandeş ("Lokomotiv"), həmçinin Fidler və Manuçaryana ("Ural") qırmızı vərəqə göstərib.

"Lokomotiv" 2016/17-ci illər mövsümündə Rusiya Kubokunun sahibi olub.




Ana səhifəyə qayıt        Baxış: 918          Tarix: 3-05-2017, 00:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma