Xəbər lenti

 “Neftçi” futbol klubunun baş məşqçisi Elxan Abdullayevin köməkçisi müəyyənləşib.

Ovqat.com AZƏRTAC-a istinadən xəbər verir ki, Novruz Əzimov əsas komandanın məşqçisi vəzifəsinə təyin olunub. 1982-ci, 1985-1989-cu və 1991-1992-ci illərdə “Neftçi”nin heyətində 146 oyun keçirib 5 qol vuran N.Əzimov Azərbaycan çempionudur.

“Kəpəz” və AZAL klublarında məşqçi kimi çalışmış mütəxəssis "Bakı”nın baş məşqçisi, məşqçisi və idman direktoru vəzifələrini yerinə yetirib. Baş məşqçi kimi Azərbaycan kubokunun qalibi olub.




Ana səhifəyə qayıt        Baxış: 1 164          Tarix: 12-05-2017, 11:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma