İtaliya millisinin və “Roma”ın əfsanəvi futbolçusu Françesko Totti vida oyununa çıxacaq.
Ovqat.com-un xarici KİV-ə istinadən məlumatına görə, o, İtaliya Liqasının sonuncu turunda “Roma” – “Genoa” qarşılaşmasından sonra doğma klubu ilə vidalaşır.
Bu barədə oyunçunun özü məlumat verib. O bildirib ki, həmin qarşılaşmada sonuncu dəfə futbolçu kimi “Roma”nın formasını geyinəcək: “Bu rənglərə olan sevdamı bir neçə cümlə ilə sizə başa sala bilmərəm. Futbol mənim üçün bir aludəçilikdir, özümü saxlaya bilmirəm. Oyundan sonra “Roma” ilə vidalaşacam və yeni həyəcana hazıram”.
Onun kariyerasını hansı klubda davam etdirəcəyi hələ dəqiqləşməyib. Totti kariyerasına məhz 1992-1993-cü ildə “Roma”da başlayıb.
Totti bir zamanlar mətbuata açıqlamasında “Roma”ya bağlılığını bu cür bildirmişdi: “Bir gecədə 6 qızla görüşdüm. Onların hamısını bir-biri ilə aldatdım, ancaq "Roma”nı heç vaxt aldatmadım”.