Xəbər lenti

Almaniyanın Dortmund şəhərində keçirilmiş gənclər arasında Avropa çempionatında türkiyəli yunan-Roma güləşçisi Cemal Mutlu Azərbaycan bayrağını dalğalandırıb.

"Report"un məlumatına görə, Mutlu 50 kq çəki dərəcəsində Ermənistan təmsilçisi Aşot Mxitaryan üzərində qələbə qazandığı 3-cü yer uğrunda görüşdən sonra bu addımı atıb. O, rəqibini 10:2 hesablı tam üstünlüklə vaxtından əvvəl yenərək, bürünc medala sahib çıxıb. Qarşılaşmanın ardından gənc pəhləvan Türkiyə və Azərbaycan bayraqları ilə birgə dövrə vurub.

Qeyd edək ki, bu çəki dərəcəsində finalda Azərbaycan təmsilçisi Zülfüqar Əliyev finalda gürcüstanlı Ramaz Silaqavaya 1:5 hesabı ilə uduzaraq, gümüş medal qazanıb. 

 




Ana səhifəyə qayıt        Baxış: 1 023          Tarix: 5-07-2017, 11:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma