Azərbaycan Premyer Liqasının 1-ci turunda səfərdə "İnter"ə qalib gələn (2:1) "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında iştirak edib.
Ovqat.com apasport.az-a istinadən xəbər verir ki, ukraynalı mütəxəssis birbaşa sualları cavablandırıb.
- İlk hissənin sonunda Monrozun hərəkətindən sonra onu Kone ilə əvəzləmək istəsəz də, sonra fikrinizdən daşındız...
- Sizə kim deyib ki mən onu əvəzləmək istəyirdim.
- Oyun və nəticə gözlədiyiniz kimi oldu?
- Komandamız yenidi. Ona görə, təsəvvür eləmək çətindi.
- Komandanın hazırkı vəziyyəti barədə nə deyə bilərsiz?
- İşləməli olduğumuz çox şey var. Oyunçuların fərdi çıxışı o qədər də xoşuma gəlmədi. Bunun üzərində işləyəəcyik.
- Sizcə, komanda tam komplektləşib?
- Əlbəttə, tam komplektləşib. Düzdü, biz daha artığını etmək istəyirdik, ancaq ideal heç nə yoxdu.
- Araz Abdullayev və Xavi Ernandesin boşluğunu necə dolduracaqsız?
- Onlar özü komandanı tərk etmək istədilər. Onların istəyilə razılaşdıq.
- Son 10 dəqiqədə "İnter" üstünlüyü ələ almışdı. Komandanın 2-3 real qol vəziyyəti var idi. Həmin anlarda "Qəbələ"də nə baş verirdi?
- 2:0 hesabıyla üstün olduğumuz anda təzyiqi daha da artırmalıydıq. Amma əksinə oldu. Komanda qol buraxdıqdan sonra əlavə təzyiq yaranır. Qələbə istəyən komanda oyunu yönləndirməlidi. Futbolçularım bunu öyrənməlidi.
- Bu gün "Qəbələ"nin 4 legioneri kənarda qaldı...
- Əlbəttə istəyirik ki, bütün oyunçularımız şans qazansın. Əsas odu ki, hamısı sağlamdı. Gələcəkdə hamısına şans verməyə çalışacam.
Paylaş: