Xəbər lenti

 

Bu gün Avropa Liqasının III təsnifat mərhələsində cavab oyunları davam edəcək.

 Apasport.az saytının məlumatına görə, mübarizəni bu turnirdə davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qəbələ” də meydana çıxacaq. Əyalət klubu evdə Yunanıstan “Panatinaikos”u ilə görüşəcək.

 Bir həftə əvvəl səfərdə 0:1 hesabı ilə məğlub olan Roman Qriqorçukun yetirmələri 8-ci km qəsəbə stadionunda mütləq qələbə qazanmalıdır. Son iki ildə qrup mərhələsinin iştirakçısı olan “Qəbələ” pley-offa yüksəlmək üçün ən azı 2 top fərqi ilə sevinməlidir.

 2 il əvvəl “Panatinaikos”u pley-offda səfər qolu ilə keçən (0:0,2:2) “qırmızı-qaralar” evdəki uğurlu seriyasını davam etdirməyə çalışacaq.  Qazanılacaq qələbə  “qırmızı-qaralar” üçün əlamətdar olacaq. Avrokuboklar tarixində 9 dəfə qalib gələn təmsilçimiz 10-cu uğurunun astanasındadı. Yubiley qələbəsi ilə mərhələ adlayacaq komandamız tarixində 3-cü dəfə qrupda oynamağa bir addım da yaxınlaşacaq.

 

Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunu

3 avqust

 

21:00. “Qəbələ” (Azərbaycan) – “Panatinaikos” (Yunanıstan)

Baş hakim: Kreyq Pauson (İngiltərə)

Bakı. 8-ci km qəsəbə stadionu

İlk oyun – 0:1




Ana səhifəyə qayıt        Baxış: 905          Tarix: 3-08-2017, 08:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma