Xəbər lenti

 

2019-cu ilin futbol üzrə Asiya Kubokunun seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də baş tutmalı olacaq Qırğızıstan - Myanma matçı qeyri-müəyyən müddətə təxirə salınıb.

Ovqat.com virtualaz.org-a istinadən bildirir ki, bu məlumatı Qırğızıstan Futbol Federasiyasının mətbuat katibi Natalya Uqryumova verib.

Onun sözlərinə görə, ölkə hökumətinin bu qərarı oyun vaxtı və ərəfəsində terror aktı təhlükəsinin mövcudluğu üzündən verilib. Qərar barədə bütün futbol strukturlarına məlumat verilib. Qərar verilməmişdən öncə Myanma Futbol Federasiyası ilə məsləhətləşmələrin aparıldığı da əlavə edilib.




Ana səhifəyə qayıt        Baxış: 1 109          Tarix: 4-09-2017, 19:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma