Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
Bakıda 10,3 km uzunluğunda olan Binəqədi - Mehdiabad - Fatmayi - Goradil avtomobil yolunun Binəqədi-Mehdiabad hissəsinin (3,9-cu km) yenidən qurulur.
Bu barədə Ovqat.com-a "Azəravtoyol" ASC-dən bildirilib.
Məlumada deyilir ki, Binəqədi-Mehdiabad yolu uzun müddət idi ki, əsaslı şəkildə təmir olunmayıb. Nəticədə yolun hərəkət hissəsində qabarmış və deformasiyaya uğramış ərazilər yaranıb. Üstəlik yol boyu piyada səkilərinin olmaması vətəndaşların xüsusən payız-qış mövsümündə gediş-gəlişində çətinliklər yaradıb. Artıq bu problem geridə qalıb.
Eni 9-11 metr arası dəyişən yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan hissələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Daha sonra qazılmış ərazilərə karbonat materialı tökülərək kipləşdirilib və yolun hərəkət hissəsinin asfaltlanması işlərinə başlanılıb.
"İki hərəkət zolaqlı olan yola 2 qat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtük döşənir. Ümumilikdə yolun Binəqədi-Mehdiabad hissəsinin 42 min kv.m sahəsinin asfaltlanması nəzərdə tutulub. Bundan başqa, vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə yolun yaşayış məntəqələrindən keçən hissələrində 2,5 metr enində yeni piyada səkiləri inşa edilib. Səkilərin kənarlarına 7700 p/m səki daşları düzülüb. Hazırda ərazidə piyada səkilərinin hərəkət hissəsinin asfaltlanması işləri aparılır. Yolun yenidən qurulması işləri tam olaraq bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, növbəti mərhələdə yolun Mehdiabad-Goradil hissəsinin əsaslı şəkildə təmiri nəzərdə tutulub.

Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar