Xəbər lenti

Bu ilin yanvar-sentyabr ayları ərzində MDB ölkələrinin dəmir yolları ilə daşınan yüklərin artım tempi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz bəndi yüksəlib. “Report”un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu fikir Riqada (Latviya) MDB ölkələrinin Dəmiryolu Nəqliyyatı Şurasının iclasında səsləndirilib.

Görüşdə Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna, Özbəkistan dəmir yol idarələrinin rəhbər şəxsləri, həmçinin Şuranın Gürcüstan, Latviya, Litva, Estoniya və Finlandiyadan olan nümayəndələri iştirak ediblər.

Məlumata görə, bu ilin 9 ayında dəmir yolu ilə daşınan yüklərin həcmi 1 484,5 mln. ton olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 41,7 mln. ton yaxud 2,9% çoxdur.




Ana səhifəyə qayıt        Baxış: 729          Tarix: 23-10-2017, 14:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma