Xəbər lenti

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz kondensat yatağından işlənmənin əvvəlindən indiyədək ümumilikdə 86 mlrd. kubmetr qaz və 21,5 mln. ton kondensat hasil olunub.

"Report" xəbər verir ki, bu barədə Bakıda keçirilən Xəzər Texiniki Konfrans və Sərgisində (1-3 noyabr) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidentinin müşaviri Ələkbər Abbasov bildirib.

Onun sözlərinə görə, 2017-cı il oktyabrın 1-dək "Şahdəniz-1" layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə Gürcüstana 6,5 mlrd. kubmetr, Türkiyəyə isə 48,5 mlrd. kubmetr qaz nəql olunub.




Ana səhifəyə qayıt        Baxış: 655          Tarix: 1-11-2017, 13:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma