Xəbər lenti

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) səhm portfelinə investisiyaların məcmu dəyərinin maksimum 25%-ni ayıracaq. 

Ovqat.com "Report"-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin mayın 12-də imzaladığı "ARDNF-in vəsaitindən istifadənin əsas istiqamətləri və investisiya siyasəti" fərmanında qeyd olunub. 

Xatırladaq ki, bundan əvvəlki fərmanda ARDNF məcmu vəsaitlərin maksimum 15%-ni səhm portfelinə yatıra bilərdi. Bununla yanaşı, fərmanda qeyd olunub ki, ARDNF-in məcmu vəsaitinin maksimum 5%-ə qədəri səhmlərə investisiya edən pay fondlarına yatırıla bilər.

Fərmanda yer alan dəyişikliklərdən sonra ARDNF-in borc öhdəlikləri və pul bazarı alətləri portfelinin idarə edilməsinin hədəf gəlirliliyi (bençmark) kimi Britaniya Bankirlər Assosiasiyası tərəfindən müvafiq valyuta (avro istisna olmaqla) üzrə dərc edilmiş 6 aylıq (əvvəlki - 3 aylıq) LIBOR faiz dərəcəsi götürüləcək.

Neft Fondunun borc öhdəlikləri və pul bazarı alətləri portfelinin avroda ifadə olunan aktivlərinin idarə edilməsində hədəf gəlirliliyi (bençmark) kimi 6 aylıq (əvvəlki - 3 aylıq) EURİBOR faiz dərəcəsi götürüləcək.

LIBOR dərəcəsi mövcud olmayan valyutalar üzrə hədəf gəlirliyi kimi maliyyə bazarında banklar arasında 6 aylıq kreditlər üzrə ən geniş yayılmış faiz dərəcələri istifadə edilə bilər.

 




Ana səhifəyə qayıt        Baxış: 731          Tarix: 13-05-2017, 11:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma