Xəbər lenti

Bu ilin iyun ayının 19-da Trans-Anadolu qaz kəmərinin (TANAP) açılış mərasimi keçiriləcək.

“APA-Economics” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə SOCAR-ın İnvestisiyalar Departamentinin rəhbəri Vaqif Əliyev məlumat verib. Onun sözlərinə görə, Azərbaycan qazının TANAP qaz kəməri ilə nəqlinə tədarükünə başlanması mərasimi iyulun əvvəlinə planlaşdırılıb. “İyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçiriləcək. Ötən həftə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan arasında keçirilən görüş zamanı iyunun 19-da TANAP-ın işə salınması mərasiminin keçirilməsinə dair qərar qəbul olunub”, – deyə V.Əliyev vurğulayıb.

Qeyd edək ki, “Şahdəniz-2”  layihəsi çərçivəsində TANAP ilə illik 16 mlrd. Azərbaycan qazı nəql olunacaq. Bunun 6 mlrd. kubmetri Türkiyə, 10 mlrd. kubmetri Avropaya nəql ediləcək.

 




Ana səhifəyə qayıt        Baxış: 738          Tarix: 2-05-2018, 15:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma