Xəbər lenti

“Gözlənildiyi kimi OPEC+ gündəlik hasilatın 1 milyon barrel artırılması ilə bağlı qərar qəbul etdi. Əslində, ABŞ prezidentinin hasilatın artırılmasının vacibliyi haqqında 2 twitindən sonra OPEC-in və xüsusən də Səudiyyə Ərəbistanın bazara daha çox neft çıxarmağa müsbət yanaşacağı proqnozlaşdırılan idi. Sözügedən qərarın açıqlandığı gün dünya bazarında neftin qiyməti 4 faizə yaxın yüksəldi. Əslində bu qiymət artımları heç də birbaşa hasilatın arıtırılması haqqında qərar ilə bağlı deyil. Belə ki, elə həmin gün elan edilən statistikaya əsasən ABŞ-da neft quyularının sayı 7 ədəd azalıb və bu da birbaşa qiymətə təsir göstərdi”.

Strateq.az-ın verdiyi xəbərə görə, bu fikirləri tanınmış iqtisadçı Vüqar Bayramov bildirib. Ekspert daha sonra OPEC-in son qərarının neftin qiymətinə necə təsir göstərəcəyi ilə bağlı rəyini bölüşüb: “Aydındır ki, hasilatın gündəlik 1 milyon barel artırılması heç də neftin qiymətinin qısa zamanda kəskin azalmasına səbəb olmayacaq. Belə ki, hasilatdakı artım qərarına baxmayaraq, yenə də qlobal bazarda tələb üstünlüyü var. Digər tərəfdən, hasilatın artırlması ilə bağlı qərara baxmayaraq, OPEC və bu quruma üzv olmayan, amma qərarı dəstəkləyən dövlətlərin qısa zamanda hasilatı qeyd edilən səviyyəyə çatdırmaq imkanları yoxdur. Rusiya ən yaxşı halda yaxın 3 ayda hasilatı maksimum 300 min barrel artıra bilər. Bütövlükdə, OPEC+ hasilatın artırılması bağlı qərarına ən yaxşı halda yaxın yarım ildə nail ola biləcək. Bu isə o deməkdir ki, hələlik bazarda təklifin artıqlığı müşahidə edilməyəcək. Son qərar sadəcə neftin dünya bazar qiymətində kəskin artımların qarşısını almaq məqsədi daşıyır. Hələlik heç bir beynəlxalq qiymətləndirici şirkət neftin qiymətində kəksin azalma proqnozlaşdırmır. Bu isə o deməkdir ki, əgər hasilatın artırılması ilə bağlı daha bir qərar olarsa, o zaman neft yenidən əvvəlki bazar qiymətinə, bir barel üçün 60 dollarlıq həddə enə bilər. Bütövlükdə, OPEC və onunla anlaşan digər bir sıra neft ölkələrini Ağ Evin tövsiyyəsinə uyğun olaraq hasilatı artırması neftin qiymətinin siyasiləşdiyindən də xəbər verir. Bu isə o deməkdir ki, neft bazarında hər zaman sürprizlər ola bilər”-deyə V.Bayramov fikirlərini yekunlaşdırıb.

Turqut

 




Ana səhifəyə qayıt        Baxış: 644          Tarix: 23-06-2018, 12:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma