Xəbər lenti

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, sentyabrın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12306,5 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ümumi kredit portfelinin 9873,4 milyon manatı və ya 80,2 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 96,7 faizi banklar, 3,3 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1772,4 milyon manat olub və ümumi kredit portfelinin 14,4 faizini təşkil edib.

 




Ana səhifəyə qayıt        Baxış: 485          Tarix: 19-10-2018, 15:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma