Xəbər lenti

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,27 dollar və yaxud 2,35% azalıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 52,71 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

 




Ana səhifəyə qayıt        Baxış: 809          Tarix: 27-05-2017, 12:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma