Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
İlham Şaban: “Azərbaycan üçün tanıdığı və uzun müddət əməkdaşlıq etdiyi şirkətlə əməkdaşlığı genişləndirmək daha məqbuldur”
SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov arasında görüş keçirilib. Görüşdə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov və Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev iştirak ediblər. Görüşdə “LUKoil” şirkəti ilə SOCAR arasında uzunmüddətli əməkdaşlıq əlaqələrindən söhbət açılıb, Azərbaycanda həyata keçirilən layihələrdə “LUKoil”in iştirakı yüksək qiymətləndirilib və “Naxçıvan”, “Qoşadaş” strukturlarında əməkdaşlığın davam etdirilməsi haqqında müzakirələr aparılıb.Ələkbərov “LUKoil” şirkətinin mövcud əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirərək, Azərbaycanda neft-qaz kəşfiyyatı və hasilatı sahəsində keçirilən digər layihələrdə də şirkətin mümkün iştirakı ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, “LUKoil” şirkəti Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir. Şirkət “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrinin hər birində 10 faiz paya malikdir. Həmçinin cari ilin yanvarında iki şirkət arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Naxçıvan” perspektiv strukturu, habelə dənizin dayaz hissəsində “Xəzəryanı-Quba” və “Qoşadaş” perspektiv strukturlarını əhatə edən kəşfiyyat blokuna dair Anlaşma Memorandumu imzalanıb. Bundan başqa, “LUKoil” Azərbaycanda pərakəndə yanacaq bazarında iştirak edir.
İki şirkət arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələri dəyərləndirən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərovun Rövnəq Abdullayevlə görüşü artıq “Naxçıvan” və “Qoşadaş” layihələrinin final mərhələsi ilə bağlıdır: “Çünki 2020-ci ilin fevralında artıq Davos forumundan sonra Vahid Ələkbərov Rusiya mediasına müsahibə vermişdi ki, mart ayının sonuna Azərbaycanda və Qazaxıstandan yeni layihələr olacaq. Artıq o zaman bu danışıqlar 2019-cu ildən davam etdirilirdi. ”Qoşadaş" layihəsi ilə bağlı memorandum da var idi. Daha sonra pandemiya oldu, neftin qiyməti kəskin ucuzlaşdı. Neftin yenidən 50 dollara doğru yüksəlməsi baş verir, gələn il də qiymətlərin cari illə müqayisədə artımı proqnoz edilir. Bu baxımdan özəl şirkətlər dövlət qurumlarından fərqli olaraq çox çevik biznes qurumu kimi öz biznes çevrəsini genişləndirmək niyyətindədir. Azərbaycan üçün də neft-qaz sektoruna yeni xarici investor cəlb etməkdənsə, tanıdığı və uzun müddət əməkdaşlıq etdiyi şirkətlə bu əməkdaşlığı genişləndirmək daha məqbuldur. İstənilən halda bu ölkənin neft-qaz sektoruna yeni investisiyaların yönəldilməsi deməkdir və uzun müddətdir bu sahədə müşahidə olunan durğunluqdan sonra yüksəlişə doğru addım atmaqdır".
Rəşad Həsənov
İqtisadçı ekspert Rəşad Həsənov isə “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, yaranmış yeni şəraitdə Rusiya şirkətləri Azərbaycan tərəfindən daha güzəştli şərtlərlə əməkdaşlıq istəyə bilərlər: “Bu ilk görüş və müzakirə deyil. Hər zaman Azərbaycan və Rusiya şirkətləri arasında, eyni zamanda SOCAR-la Rusiyanın enerji şirkətləri arasında, xüsusilə də ”LUKoil" arasında müzakirələr aparılır. Bu da cari bir görüşdür. Eyni zamanda yaranmış şərait yeni bir konyuktur yaradıb və bu konyukturda Azərbaycanın Rusiya şirkətlərinə güzəştə getmə ehtimalı daha çoxdur. Xüsusilə də dövlət sektorunda bu güzəştlər daha geniş tətbiq oluna bilər. Belə olduğu təqdirdə, Rusiya şirkətlərinin və “LUKoil”in, həmçinin digər enerji şirkətlərinin Azərbaycan bazarında payını artırması genişlənə bilər. Məsələnin bu qədər sürətlə yeni konyuktur aspektindən qiymətləndirilməsini doğru hesab etməsəm də, yeni yaranmış mühitin faktiki olaraq müzakirələrin nəticələrinə və onun gələcək effektinə müsbət təsir edəcəyini düşünürəm. Bu təsir də Azərbaycanın Rusiya şirkətləri, xüsusən də “LUKoil” üçün daha yaxşı şərait yaradacağı istiqamətində ola bilər. Məndə belə bir qənaət formalaşır. Çünki yaranmış yeni şərtlər bizə müəyyən güzəştləri diqtə edir.
Bu həm Rusiya hökumətinə, həm də Rusiya mənşəli biznesə qarşı müşahidə oluna bilər. Biznes də çalışır ki, yaranmış situasiyadan yararlansın".
Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar