Xəbər lenti


“Türkiyə və Azərbaycan əlaqələri ortaq tarixin və ortaq duyğuların üzərində qurulub”.
Məlumata görə, bunu bu gün İğdır-Naxçıvan qaz kəməri ilə bağlı imzalanan Anlaşma Memorandumun imzalanma mərasimində Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

Onun sözlərinə görə, bu bağlılıq ən çətin günlərdə özünü daha da sıx göstərib. Çətinliklər qarşısında daha da qüvvətlənib: “Qarşımıza çıxan hər çətinliyi birgə aşdıq. Bizim gücümüz qardaşlığımızdır, qardaşlıq isə əbədidir. Bu gün Azərbaycan bayrağı Qarabağın torpağında dalğalanır. Zəfərimiz qutlu, birliyimiz ədəbi olsun! Türkiyə olaraq hər zaman Azərbaycanın yanında olacağıq. Çünki, Azərbaycan hər zaman Türkiyənin yanında olub”.

Onun sözlərinə görə, enerji sektorunda əməkdaşlıq Bakı-Tbilisi-Ceyhan layihəsi ilə başlayıb, Bakı-Tbilisi-Ərzurum layihəsi böyük bir ortaqlıq yaratdı: “Bu münasibətlər Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə daha da geniş əhatələri aşdı. Anadolunu bir başdan digər başına qədər əhatə edən TANAP ilə Azərbaycan qazının əvvəlcə Türkiyəyə, daha sonra Avropaya çatdırılmasına nail olduq”.

Nazir bildirib ki, 2018-ci ilin iyunun 30-dan bu günə qədər TANAP ilə rekord sürətdə tamamlanıb və 8,1 milyard kubmetr həcmdə Azərbaycan qazı Türkiyəyə nəql edilib: “Bakı-Tbilisi-Ərzurum boru xətti ilə isə bu günə qədər 71 milyard kubmetr həcmində təbii qaz nəql edilib. Meqalayihə olan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə isə 3,5 milyard ton xam neftin nəqlini gerçəkləşdirmişik”.

O bildirib ki, artıq TANAP-ın davamı olan və Cənubi Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik Qaz Kəməri (TAP) fəalliyyətə başlamasını da həyata keçirmişik: “Artıq bu boru kəməri ilə 70 mln kubmetr qaz Avropaya göndərilib. Ən yaxın zamanda kommersiya qazının da həyata keçirilməsini gözləyirik. Bununla da Avropanın təbii qaz təhlükəsizliyi baxımından tamamlanmış olacağıq. Enerjinin “İpək yolu” Avropaya çatıb”/Report



Ana səhifəyə qayıt        Baxış: 1 401          Tarix: 15-12-2020, 20:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma